Zalsburqda A seriyasına start verildi


Martın 1-də Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından olan A seriyası turniri start götürüb.
Turnirdə Azərbaycan milli komandasının əsas üzvlərindən doqquz idmançı mübarizəyə qoşulub. Kumite üzrə böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadın idmançıların baş məşqçisi Denis Morozovun rəhbərlik etdiyi heyətdə kişilərdən Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Ayxan Mamayev (84 kiloqram), Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq) güclərini sınayacaqlar. Qadınlardan isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və İrina Zaretska (68 kq) yarışlarda mübarizə aparacaqlar.
Yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Cahangir Babayev təmsil edəcək.
Karateçilərimizdən F.Fərzəliyev, Ş.Atamov, A.Qurbanlı və O.Heydərli yarışın birinci günündə, R.Həsənov, A.Mamayev, N.Əliyeva, İ.Qasımova və İ.Zaretska isə martın 2-də yarışacaqlar. Bütün çəki dərəcələrində mükafat görüşləri martın 3-də keçiriləcək.
Martın 3-dək davam edəcək turnirdə rekord sayda - 99 ölkədən 2057 karateçi yarışır.



Bu yazı

7538 dəfə oxunub

Tarix

2019-03-01 13:51:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev