Ümumdünya Qış Universiadası başladı


Bu gün Rusiyanın Krasnoyarsk vilayətində XXIX Ümumdünya Qış Universiadasının açılış mərasimi keçirilib.
Mərasimdə Beynəlxalq Universitet İdmanı Federasiyasının prezidenti Oleq Matıtsin çıxış edib.
Videobağlantı vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın mərasim iştirakçılarına müraciəti səsləndirilib.
Rusiya Prezidenti Vladimir Putin Universiadanı açıq elan edib.
Martın 12-dək davam edəcək Universiadada 11 idman növü üzrə yarışlar keçiriləcək.
Universiada Olimpiya oyunlarından fərqli olaraq, iki ildən bir keçirilir. Yarışlarda 17-25 yaşlarında gənclər iştirak edirlər.

Bu yazı

13612 dəfə oxunub

Tarix

2019-03-02 22:38:27

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev