Hicabla buza meydan oxuyan ərəb qızı


Fiqurlu konkisürən Zəhra Lari Rusiyanın Krasnoyarsk vilayətində keçirilən XXIX Ümumdünya Qış Universiadasında diqqət mərkəzinə düşüb. 
Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) qadınlar arasında fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən 23 yaşlı Zəhra hicabla bu cür turnirlərdə iştirak edən ilk idmançıdır. Rusiyalı idmançılardan böyük dəstək aldığını söyləyən BƏƏ təmsilçisi qeyd edib ki, onun əsas hədəfi 2020-ci il Qış Olimpiya Oyunlarında iştirak etməkdir.
Zəhra Lari Rusiya telekanallarına müsahibəsində deyib ki, BƏƏ-də fiqurlu konkisürmə üzrə Fatma bin Mübarək İdman Akademiyasının kuboku uğrunda turnir keçirilir. Onun sözlərinə görə, ötən il həmin turnirdə 28 ölkənin təmsilçiləri iştirak ediblər. Zəhra Lari əlavə edib ki, onun ölkəsində 100-ə yaxın qadın fiqurlu konkisürən var və hökumətin müvafiq strukturu onlardan dəstəyini əsirgəmir.


Bu yazı

12225 dəfə oxunub

Tarix

2019-03-03 10:56:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev