Qadın güləşçilərimiz Ukraynadan 4 medalla qayıdıblar



Martın 2-də Ukraynanın Poltava şəhərində qadın güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Azərbaycan yığması bu yarışda uğurlu çıxış nümayiş etdirib. Belə ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi altında Poltavada ölkəmizi təmsil edən 5 güləşçimizdən 4-ü fəxri kürsüyə qalxıb. Nigar Mirzəzadə (65 kq) qızıl, Gültəkin Şirinova (49 kq) və Elnurə Məmmədova (53 kq) gümüş, Jalə Əliyeva (61 kq) isə bürünc medal qazanıb.


Bu yazı

18579 dəfə oxunub

Tarix

2019-03-04 12:24:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev