Açıq Bakı çempionatı keçiriləcək



Martın 10-da Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Qodzo Ryu Okinava Karate-Do və Kobudo Kempo İdman Növləri Federasiyasının, Azərbaycan Kempo-Kenpo Döyüş İdman Klubunun təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Şurasının dəstəyi ilə açıq Bakı çempionatı keçiriləcək. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək yarışda 300-dək idmançı iştirak edəcək. Yarışlar kempo-pro, kempo-full, submişn və noqi növləri üzrə keçiriləcək. Çempionatda xarici ölkələrin idmançılarının da iştirakı gözlənilir. Yarış bütün yaş və çəki dərəcələri üzrə keçiriləcək.
Qalib idmançılar respublika çempionatına vəsiqə qazanmaqla yanaşı, yığma komandanın heyətində dünya və Avropa çempionatlarında iştirak edəcəklər.



Bu yazı

8973 dəfə oxunub

Tarix

2019-03-06 10:39:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev