“Cənub” idman klubu fəaliyyətə başlayıb



Azərbaycan Kunq-fu Federasiyası (AKFF) idmanın bu növünün regionlarda inkişafı üçün ardıcıl tədbirləri davam etdirir. Görülən tədbirlər çərçivəsində Cəlilabad rayonunun Göytəpə şəhərində "Cənub” idman klubu fəaliyyətə başlayıb. Açılış mərasimində federasiyanın rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bölgələrdə idman zalları açılır, yeniyetmə və gənc idmançıların yetişməsi üçün peşəkar məşqçilər dəvət olunur. Məşqlərə respublika dərəcəli hakim, dünya çempionatının mükafatçısı, Azərbaycan çempionu Elvin Mustafayev rəhbərlik edir.


Bu yazı

11157 dəfə oxunub

Tarix

2019-03-07 13:56:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev