Muay-tay üzrə şəhər çempionatı start götürüb


Bu gün Abşeron Olimpiya İdman Kompleksində muay-tay üzrə Bakı çempionatına start verilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və Azərbaycan Muay-tay Federasiyasının (AMF) birgə təşkil etdiyi çempionatda yeniyetmələr, gənclər və böyüklər müxtəlif çəki dərəcələrində qüvvələrini sınayırlar.  Yarış Beynəlxalq Həvəskar Muay-tay Federasiyasının qaydalarına əsasən keçiriləcək. Yarışda AMF-in paytaxtda fəaliyyət göstərən 15 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 140-dan çox idmançı mübarizə aparacaq. İlk üç yeri tutacaq idmançılar AMF-in diplom və medalları ilə təltif olunacaqlar. Yarışda ilk iki pillədə qərarlaşacaq idmançılar Bakı seçmə komandasının tərkibinə daxil ediləcəklər.


Bu yazı

8811 dəfə oxunub

Tarix

2019-03-09 15:03:15

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev