Tailand ağırlıqqaldıranları Olimpiya Oyunlarında iştirakdan imtina ediblər


Tailand Ağır Atletika Federasiyası 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib. Buna bu idman növündəki çoxsaylı dopinq qalmaqalları səbəb olub. Son aylarda Tailandın 8 ağırlıqqaldıranının dopinq testi müsbət nəticə verib. Olimpiya Oyunlarına qatılmayacaqlarını açıqlayan asiyalılar bir müddət əvvəl eyni səbəbdən Beynəlxalq Ağır Atletika Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda təmsil olunmayacağını da bəyan edib. Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları ağır atletika üzrə yarışların keçirildiyi sonuncu belə turnir ola bilər. Olimpiada proqramından çıxarılması gündəmdə olan bu idman növünün Paris-2024-də olub-olmayacağı sual altındadır.


Bu yazı

7460 dəfə oxunub

Tarix

2019-03-09 18:22:32

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev