Futbolu beysbola dəyişəcək



Hazırda "Monako"da çıxış edən Radamel Falkao futbolçu karyerasını bitirdikdən sonra idmandan getməyəcək.
33 yaşlı kolumbiyalı futbolçu "France Football"a müsahibəsində futboldan sonra beysbola başlayacağını bildirib.
"Uşaqlıq illərimi keçirdiyim bölgədə tez-tez beysbol oynayırdım. Bu idman növünü çox sevirəm. Həyat yoldaşımla futboldan getdikdən sonra beysbol oynamağımla bağlı çox danışırıq. Peşəkar olaraq bu idmanla məşğul olmağı çox istəyirəm. Eyni ilə Maykl Cordan kimi" deyə hücumçu bildirib.
Qeyd edək ki, Falkao 2009-cu ildə Argentinann "River Playte" klubundan 5,43 milyon avroya transfer olunduğu "Portu" tərəfindən 2 il sonra "Atletiko"ya 40 milyona satılıb. "Monako" isə 2013-cü ildə onu 43 milyon avroya alıb. Kolumbiyalı forvard sonrakı illərdə "Mançemter Yunayted" və "Çelsi"yə icarəyə verilib. Cari mövsümdə keçirdiyi 31 oyunda 13 qol vuran hücumçunun 2020-ci ilədək "Monako" ilə müqaviləsi var.


Bu yazı

1342 dəfə oxunub

Tarix

2019-03-14 11:12:45

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev