4 beynəlxalq yarışda 12 medal


Stolüstü tennisçilərimiz ilin əvvəlindən iştirak etdikləri dörd beynəlxalq yarışda 12 medal qazanıblar.
Yanvarın 4-dən 6-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmələr arasında keçirilmiş stolüstü tennis üzrə beynəlxalq turnirdə 2006-cı il və daha aşağı yaşlılar arasında Arzu Aslanova, Mərziyə Nürmətova və Aysu Ağayevadan ibarət komanda bürünc medal qazanıb. Şəxsi yarışlarda isə Arzu Aslanova ikinci yeri tutub.
Fevralın 1-2-də Rusiyanın Voljsk şəhərində 2006-cı il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilər arasında keçirilmiş beynəlxalq turnirdə qızlar arasında şəxsi mübarizədə tennisçimiz Mehriban Dadaşova qızıl, Fatimə Cəfərova isə gümüş medal qazanıblar. Oğlanlar arasında şəxsi yarışlarda Xaliq Becanov gümüş, Hacımurad Məmmədbəyov isə bürünc medala layiq görülüblər.
Fevralın 15-17-də Latviyanın paytaxtı Riqada 13 ölkənin qatıldığı gənclər kuboku yarışlarında 2007-ci il təvəllüdlü oğlanlar arasında Adil Əhmədzadə gümüş, Hüseyn Eylazov bürünc, qızlar arasında isə Arzu Aslanova bürünc, eləcə də 2004-cü il təvəllüdlü idmançılar arasında Emin Məmmədov bürünc medal qazanıblar.
Martın 10-13-də Qazaxıstanın Çimkənt şəhərində keçirilmiş beynəlxalq turnirdə komanda yarışlarında Məryəm İmanova və Nəzakət Qarayevadan ibarət yığmamız gümüş, şəxsi yarışlarda isə Məryəm İmanova bürünc medala sahib olublar.
Ümumilikdə ilin əvvəlindən keçirilmiş dörd beynəlxalq yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıblar.


Bu yazı

6485 dəfə oxunub

Tarix

2019-03-14 14:23:39

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev