Xüsusi Yay Olimpiya Oyunlarında ilk qızıl medal


Martın 17-də Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarının atletika yarışlarında bir qızıl, bir gümüş medal qazanıb.
Birinci divizionda keçirilən atletika yarışlarında 25 metr məsafəyə qaçış üzrə təmsilçimiz Nigar Mustafayeva fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Digər idmançımız Aida Rzayeva bürünc medala layiq görülüb.
Beləliklə, oyunlarda komandamızın əldə etdikləri medalların sayı beşə (1 qızıl, 3 gümüş, 1 bürünc medal) çatıb. Bundan əvvəl təmsilçilərimiz, stolüstü tennisçi Eyvaz Muradov, cüdoçu Fərid Şərifov (64 kq) və pauerliftinqçi Aytac Səmədova gümüş medallar qazanıblar.
Millimiz Oyunlarda 54 idmançı ilə təmsil olunur. Atletlərimiz Xüsusi Yay Olimpiya Oyunlarında atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparırlar.



Bu yazı

14437 dəfə oxunub

Tarix

2019-03-17 16:14:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev