Budapeşt meriyası imtina edib


Budapeşt meriyası ənənəvi olaraq iyul ayında Macarıstan paytaxtında, Dunay üzərində keçirilən "Red Bull Air Race" yürüşünə icazə verməkdən imtina edib.
Rədd cavabı Budapeşt sakinlərinin tədbirin adekvat olmayan şərtləri ilə bağlı çoxsaylı şikayətləri ilə əsaslandırılıb. Şəhərin hakimiyyət orqanları təşkilatçılara yürüşü başqa yerdə, məsələn, Dunayın döngəsində, Vışeqrad yaxınlığında, yaxud Balaton gölü rayonunda keçirməyi təklif ediblər.
Xatırladaq ki, bir il əvvəl "Red Bull Air Race" yürüşü Budapeştin mərkəzində başa çatandan sonra mer üzləşdikləri narahatlığa - səs-küyə, tıxaclara, yolların bağlanmasına görə şəhər sakinlərindən üzr istəmişdi. O vaxt şəhərin başçısı demişdi: "Budaperşt sakinləri belə sınaqdan bir daha keçməməlidirlər".


Bu yazı

8269 dəfə oxunub

Tarix

2019-03-22 12:25:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev