Həbib Nurmaqomedov titulunu qorumaq üçün döyüşə çıxacaq


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurmaqomedov titulunu qorumaq üçün 2019-cu ilin sentyabrında döyüşə çıxacaq.
Bu barədə UFC prezidenti Dana Uayt "MMA News” portalına bildirib.
Xatırladaq ki, ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) UFC çempionu Həbib Nurmaqomedovu Las-Veqasda baş tutan "UFC 229” turnirində irlandiyalı Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə doqquz ay müddətinə diskvalifikasiya edib. O, idman yarışlarından kənarlaşdırılmaqla yanaşı, həm də 500 min dollar məbləğində cərimələnib. Reklam çarxlarına çəkiləcəyi təqdirdə diskvalifikasiya müddətinin altı aya qədər azaldılacağı barədə şərti isə H.Nurmaqomedov qəbul etməyib.
Xatırladaq ki, H.Nurmaqomedov ötən il oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.


Bu yazı

10496 dəfə oxunub

Tarix

2019-03-28 11:12:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev