6 boksçumuz növbəti mərhələdə


Bakıdakı Boks Mərkəzində keçirilən "Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.
Turnirin ikinci günündə Azərbaycanın altı boksçusu dörddəbir finala vəsiqə qazanıb. Cavid Çələbiyev (60 kq) rusiyalı Camal Badrutdinova (5:0), Ruslan Rüstəmov gürcüstanlı Giorgi Kapanadzeyə (3:2), Sərxan Əliyev isə türkmənistanlı Hursand İmanquliyevə (5:0) qalib gələrək növbəti mərhələyə adlayıblar.
Turnirdə 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Həsənov Türkmənistan təmsilçisi Şöhrət Durdiyevi 4:1 hesabı ilə məğlub edib. Bu çəki dərəcəsində Azərbaycan komandasının iki üzvü – Lorenzo Sotomayor və Hidayət Orucov qarşılaşıblar. Mübarizə L.Sotomayorun qələbəsi ilə başa çatıb - 4:1. Boksçumuz Amin Kuşkov (75 kq) Qazaxıstan idmançısı Abay Toleşi 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Turnirin yüksək səviyyədə təşkili ilə əlaqədar Qazaxıstan Boks Federasiyasının adından Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abıyevə təşəkkür məktubu təqdim edilib.
"Böyük İpək Yolu” turnirində Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstandan 117 boksçu mübarizə aparır. Azərbaycan yığması yarışa 34 boksçu ilə qatılıb.
Turnirin final görüşləri aprelin 1-də keçiriləcək.




Bu yazı

6586 dəfə oxunub

Tarix

2019-03-29 16:14:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev