Tərtər rayonu üzrə qaliblər müəyyənləşib



"Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Tərtərdə keçirilən rayon turunun qalibi müəyyənləşib.
N saylı hərbi hissədə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 34 komanda mübarizə aparıb. Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək, Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib.
Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar turnikdə dartınma, maneələrin dəf olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma, qumbara atma, tüfəngdən atəş açma, silahın sökülüb yığılması, mülki-müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardımın göstərilməsi kimi mərhələlər üzrə qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Tərtər şəhər 5 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, zona yarışında iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Seydimli və Tərtər şəhər 1 saylı tam orta məktəblərin komandaları tutublar.



Bu yazı

9464 dəfə oxunub

Tarix

2019-03-29 17:22:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev