Azərbaycan güləş yığmasının açıq məşqi keçirilib



Bu gün Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın mətbuat üçün açıq məşqi keçirilib. Hazırlıq prosesini canlı izləyən Azərbaycan Güləş Federasiyasının (AGF) başçısı Namiq Əliyev məşqdən sonra qitə birinciliyində iştirak edəcək idmançıların adlarını açıqlayıb. AGF rəhbəri daha sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Namiq Əliyev deyib: "Stabil heyətlə Avropa çempionatında təmsil olunacağıq. Ümidvarıq ki, çox uğurlu çıxış edəcəyik. Azərbaycan yığması hər zaman dünya güləşində öz sözünü deyib. Hər zaman olduğu kimi, bu yarışdan da çox yüksək nəticələr gözləyirik. Ancaq Avropa çempionatına həm də sınaq kimi baxırıq. Çünki bu il əsas yarışımız Qazaxıstanın paytaxtı Nur-Sultanda (keçmiş Astana) keçiriləcək dünya çempionatıdır. Bir neçə idmançımızı qorumaq qərarına gəldik və bu üzdən Avropa çempionatında iştirakına lüzum görmədik. Çünki bizim üçün əsas dünya çempionatıdır. Mundial həm də Olimpiadaya lisenziya verən ilk yarış olacaq. Yeri gəlmişkən, gələn il Avropa Olimpiya Təsnifat turnirini Bakıda keçirmək üçün danışıqlar aparırıq. Müəyyən nəticələr əldə etmişik. İnşallah, ümid edirəm ki, bu yarışın təşkilatçılığı bizə həvalə olunacaq. Buna baxmayaraq, bizim üçün dünya çempionatı prioritet təşkil edir. Toğrul Əsgərov güləşdən kənar qalmayıb. Artıq məşqlərə başlayıb. Doğma şəhəri Gəncədə şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında hazırlığa start verib. Çox güman, biz onu dünya çempionatında görəcəyik”.


Bu yazı

9863 dəfə oxunub

Tarix

2019-03-29 18:39:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev