8 boksçumuz yarımfinalda

 
Boks üzrə "Böyük İpək Yolu” beynəlxalq turnirində dörddəbir final mərhələsinin görüşləri başa çatıb. Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın dördüncü günündə yarımfinalçıların adları müəyyənləşib.
Martın 30-da keçirilən 20 qarşılaşmadan 13-də Azərbaycan millisinin boksçuları qüvvələrini sınayıblar. Onlardan 8-i qələbə qazanmaqla həm yarımfinala yüksəlib, həm də özləri üçün ən azı bürünc medalı təmin ediblər. Mərhələ adlayanlar sırasında dünya çempionlarımız Elvin Məmişzadə (52 kq) ilə Cavid Çələbiyev (60 kq), həmçinin mundialın bürünc medalçısı Kamran Şahsuvarlı (75 kq) da var.
Komandamızın digər üzvləri Məsud Yusifzadə, Abdurəhman Şirinov (hər ikisi 52 kq), Ruslan Rüstəmov (60 kq), Amin Kuşkov (75 kq), İsmayıl Yaqubov, Rahil Məmmədli (hər ikisi 91 kq) də yarımfinalda mübarizə aparacaqlar. Yarımfinal mərhələsinin görüşləri martın 31-də keçiriləcək.
Qeyd edək ki, turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları da iştirak edirlər.
117 idmançının qatıldığı "Böyük İpək Yolu”nun final döyüşləri isə aprelin 1-də olacaq.


Bu yazı

6458 dəfə oxunub

Tarix

2019-03-31 12:39:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev