Komandamız qitə çempionatında üç medal qazanıb


Azərbaycan karateçilərinin İspaniyanın Quadalaxara şəhərində keçirilən 54-cü Avropa çempionatında qazandıqları medalların sayı üçə çatıb. Komandamızı katada təmsil edən Roman Heydərov üçüncü yer uğrunda almaniyalı İlya Smorqunerle ilə mübarizə aparıb. 25,9 xal yığan idmançımız bürünc medala layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl milli komandanın lideri Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıblar.
Avropa çempionatı bu gün başa çatacaq.


Bu yazı

13097 dəfə oxunub

Tarix

2019-03-31 14:16:23

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev