Bakı birinciliklərinin qalibləri müəyyənləşib



Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı (8 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı birincilikləri yekunlaşıb. Birincilikdə 68 idmançı (29 qız) iştirak edib.
Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
Yekun nəticələrə əsasən, oğlanlar arasında Paşam Əlizadə 8,5 xalla birinci olub. Rəfael Bayramlı 7,5 xalla ikinci, Xaqan Əhməd 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qızların mübarizəsində isə Dinara Hüseynova 9 xalla Bakı çempionu olub. Əsnad Vəliyeva 8 xalla yarışı ikinci, Zeynəb Məmmədova isə 7 xalla üçüncü yerdə başa vurublar.
Bundan əlavə, ilk üçlükdə qərarlaşan idmançılarla yanaşı, 4-6-cı yerlərin sahibləri mayın 14-də keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.
Yarışın bağlanış mərasimində Baş İdarənin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Sonda yarışda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.



Bu yazı

9675 dəfə oxunub

Tarix

2019-04-03 15:16:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev