Makqreqordan həmkarına növbəti təhqiramiz hərəkət


İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor rusiyalı həmkarı Həbib Nurmaqomedovu yenidən təhqir edib.
O, Həbiblə həyat yoldaşının şəkilini sosial şəbəkədə paylaşaraq, "Dostum, sənin həyat yoldaşın əl dəsmalıdır” yazıb. Həbib ötən gün verdiyi açıqlamada karyerasını bitirdiyini elan edən Makqreqoru bir şey olan kimi getməklə hədələyən qısqanc arvada bənzətmişdi. Makqreqor məhz buna cavab olaraq Nurmaqomedovu təhqir edib. İrlandiyalı idmançının paylaşıma reaksiya verən Nurmaqomedovun agenti Əli Əbdüləziz onun paylaşımına rəy yazıb. Bildirib ki, Makqreqor təkcə Həbibin ailəsini təhqir etməyib, həm də 1,5 milyard müsəlmana söz atıb. Daha sonra Konor paylaşımı silib.
Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Las-Veqasda keçirilən dünya kəməri uğrunda döyüşdə Konor Makqreqora qalib gəlib.


Bu yazı

8335 dəfə oxunub

Tarix

2019-04-04 10:56:48

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev