Luici Busadan sonra ikinci



Ümumdünya Karate Federasiyası (WKF) yeni Olimpiya reytinqini açıqlayıb. Ilk 20-likdə Azərbaycanın 3 karateçisinin adı yer alıb. Milli komandamızın lideri Rafael Ağayev (75 kq) italiyalı Luici Busadan sonra ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, İspaniyada keçirilən 54-cü Avropa çempionatında R.Ağayev məhz L.Busaya məğlub olaraq gümüş medalla kifayətlənib. Dünya çempionu İrina Zaretska (61 kq-dan yuxarı) da ikinci pillədə qərarlaşıb. Bu çəkidə yunan Eleni Çatziliadou reytinq cədvəlinin lideridir. Digər təmsilçimiz Firdovsi Fərzəliyev (67 kq) isə 12-ci pilləyə yüksəlib.


Bu yazı

13585 dəfə oxunub

Tarix

2019-04-04 16:31:10

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev