Komanda yarışlarının yeni qalibləri


Stolüstü tennis üzrə aşağı yaşlı idmançılar arasında start götürən Azərbaycan birinciliyinin komanda yarışları başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasının zalında respublikanın şəhər və rayonlarından komandaların iştirakı ilə keçirilən ölkə birinciliyində oğlanlar arasında "Bakı 1” komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. "Bakı 2”, "Sumqayıt 1” komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların mübarizəsində "Şəki” komandası birinci yerə layiq görülüb. "Sumqayıt 1” və "Sumqayıt 2” komandaları sonrakı iki pilləni tutublar.
Ölkə birinciliyində şəxsi yarışlar davam edir.


Bu yazı

7463 dəfə oxunub

Tarix

2019-04-04 17:17:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev