Qəbələ rayon birinciliyinin qalibləri müəyyənləşib


Qəbələdə çağırışaqədər və çağırışyaşlı gənclər arasında "Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilən poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinə yekun vurulub. Qəbələ şəhər 3 saylı tam orta məktəbin idman meydançasında keçirilən yarış Əmirvan kənd tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Soltannuxa və Mıxlıqovaq kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq ikinci, üçüncü pillədə qərarlaşıblar. Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar gəncləri ordu sıralarına hərbi xidmətə hazırlamaq, onları Vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədi daşıyır.
Birincilikdə 27 komanda mübarizə aparıb. İştirakçılar 100 metr məsafəyə qaçma, turnikdə dartınma və qumbara atma yarışlarında qüvvələrini sınayıblar. Rayon birinciliyinin qalibi Əmirvan kənd tam orta məktəbin komandası zona yarışında Qəbələni təmsil edəcək.
Qalib komandalar mükafatlandırılıb.



Bu yazı

10188 dəfə oxunub

Tarix

2019-04-07 13:24:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev