Ağırlıqqaldıranlarımızla Batumidə görüş



Azərbaycanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edən azərbaycanlı idmançılar, onların məşqçiləri, eləcə də bu çempionatı idarə edən hakimlərlə görüşüb. Baş konsul Azərbaycan Prezidentinin ölkəmizdə idmanın inkişafına, idmançılara göstərdiyi qayğıdan danışıb. Bunun nəticəsində Azərbaycanın dünyada həm də idman ölkəsi kimi tanındığını qeyd edib.
İdmançılara və onların məşqçilərinə uğurlar arzulayan baş konsul bütün beynəlxalq idman yarışlarında qazanılan medalların, Azərbaycan bayrağının dalğalandırılmasının bizim üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Avropa çempionatına hakimlik edən azərbaycanlı hakim Azad Mustafayev göstərilən diqqət və qayğıya görə idmançılar və məşqçilər adından Azərbaycan Prezidentinə minnətdarlıq edib.
İdmançılar Azərbaycana qələbə ilə qazanmaq üçün bütün qüvvələrini sərf edəcəklərini bildiriblər.


Bu yazı

7152 dəfə oxunub

Tarix

2019-04-11 13:24:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev