«Nəhənglər»in Estoniya sınağı



Aprelin 18-də Estoniyanın paytaxtı Tallində sumo üzrə XXIII Avropa çempionatı start götürəcək. Qitə çempionatında 17 ölkədən 300-dən çox idmançı qüvvəsini sınayacaq. Yarışlarda ölkəmizi Camal Feyziyev (115 kq), Avropa çempionları Məhərrəm Eyvazov (60 kq) və Çingiz Səmədov (100 kq), qitə birinciliyinin mükafatçısı Cavid Feyziyev (115 kq) və Azərbaycan çempionu Nahid Vəliyev (60 kq) təmsil edəcəklər. İdmançılarımız yarışda federasiyanın prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaqlar.
Çempionatda qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edəcək.


Bu yazı

1317 dəfə oxunub

Tarix

2019-04-15 10:07:28

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev