Ölkə kubokunun qalibləri təltif edilib



Aprelin 14-də Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında mas-reslinq üzrə Azərbaycan kubokuna yekun vurulub. Yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Mas-reslinq Federasiyasının birgə təşəbbüsü ilə keçirilib.
Yarışda ölkəmizin 10 rayonundan 100-dək idmançı iştirak edib. Kişilərin mübarizəsində müxtəlif cəki dərəcələrində Rəsul Səfərov (60 kq), Orxan Xanlarov (70 kq), Sultan Ağayev (80 kq), Xəyyam Orucov (90 kq), Cahangir Yaqubov (105 kq), Vusal Orucov (125 kq) və Camal Feyziyev (125+ kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların yarışında isə Şəfəq Məmmədova (55 kq), Günel Vəliyeva (65 kq), Nərgiz İbrahimova (75 kq), Mətanət Həsənova (85 kq) və Səbinə Hüseynova (85+ kq) birinci yerə layiq görülüblər.
Qaliblər medallar və diplomlarla təltif olunub. Həmçinin yarışda qalib idmançılar iyunda Bakıda keçiriləcək dünya kuboku yarışında iştirak etmək hüququ qazanıblar.


Bu yazı

6614 dəfə oxunub

Tarix

2019-04-15 14:25:48

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev