Azərbaycan Qran-prisi: Hamilton favoritdir



Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün pilotların çempionluq əmsalları açıqlanıb.
Bukmeykerlər yarışın favoriti qismində Almaniyanın "Mercedes” komandasının pilotu Lüis Hemiltonla İtaliya "Ferrari”sindən Sebastyan Fetteli görürlər. Hər iki sürücünün qələbə əmsalı 2,875-dir. "Mercedes”dən Valtteri Bottas və ya "Ferrari”dən Şarl Leklerə qoyuluş edənlər öz pullarının 4 mislini əldə edə bilərlər. 2017-ci ildə Bakıda baş tutmuş yarışda rəqiblərini qabaqlayan Daniel Rikkardonun qalibiyyət əmsalı isə həddindən artıq böyükdür - 501. Buna səbəb avstraliyalı pilotun Avstriya "Red Bull”unu nisbətən zəif bolidə sahib Fransa "Renault”una dəyişməsidir.
Ümumilikdə, 12 pilotun qələbə əmsalı 1000 olaraq təyin edilib.

Pilotların qələbə əmsalları:

Lüis Hemilton ("Mercedes”) - 2,875
Sebastyan Fettel ("Ferrari”) - 2,875
Valtteri Bottas ("Mercedes”) - 4
Şarl Lekler ("Ferrari”) - 4
Maks Ferstappen ("Red Bull”) - 26
Pyer Qasli ("Red Bull”) - 101
Daniel Rikkardo ("Renault”) - 501
Niko Hülkenberq ("Renault”) - 501
Kimi Raykkonen ("Sauber”) - 1000
Kevin Maqnussen ("Haas”) - 1000
Roman Qrojan ("Haas”) - 1000
Karlos Sayns ("McLaren”) - 1000
Daniil Kvyat ("Toro Rosso”) - 1000
Aleksandr Albon ("Toro Rosso”) - 1000
Lando Norris ("McLaren”) - 1000
Serxio Peres ("Racing Point”) - 1000
Lens Stroll ("Racing Point”) - 1000
Antonio Covinatsi ("Sauber”) - 1000
Corc Rassell ("Williams”) - 1000
Robert Kubitsa ("Williams”) - 1000
Qeyd edək ki, bukmeykerlər Luis Hemiltonu mövsümün aşkar favoriti hesab edirlər. Britaniyalı beşqat dünya çempionunun qələbə əmsalı 1,80-dir. Şarl Leklerdə bu göstərici 4,00, Sebastyan Fetteldə 4,33, Valtteri Bottasda isə 13,00 olaraq təyin olunub.
Azərbaycanda 4-cü dəfə təşkil olunacaq "Formula 1” yarışında əvvəlcə "Mercedes”in almaniyalı pilotu Niko Rosberq qalib gəlib. Ardınca isə Daniel Rikkardo və Luis Hemilton rəqiblərini qabaqlayıb.


Bu yazı

6131 dəfə oxunub

Tarix

2019-04-16 17:21:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev