Olimpiya çempionu həbs olundu


Slalom və ikili baydarkada avarçəkmə üzrə London-2012 Olimpiadasının çempionu Etyenn Stott İngiltərənin paytaxtında keçirilən ekoloji etiraz aksiyasında həbs olunub. Bu barədə məlumatı ölkənin "The Sun” nəşri yayıb.
39 yaşlı Olimpiya çempionu Skotland-Yard polisləri tərəfindən Vaterloo körpüsünün yaxınlığında ekoloji şüarlar səsləndirdiyi zaman saxlanılıb. Bundan əvvəl bildirilib ki, Stott və yoldaşı avtobus dayanacağının damında çıxışlar ediblər.
Londonda keçirilən etiraz aksiyasının iştirakçıları hökumətdən iqlim dəyişmələri barədə həqiqətləri söyləməyi, bu sahədə nəzarətedici vətəndaş Assambleyasının yaradılmasını, həmçinin atmosferə emissiya olunan qazların səviyyəsinin sıfıra endirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edirlər.
Bu günədək aksiya iştirakçılarından 831 nəfər saxlanılıb, onların 40-na qarşı ittiham irəli sürülüb. London polisinin rəhbəri Kressida Dikin sözlərinə görə, polisdə işlədiyi 36 il ərzində o, bir polis əməliyyatında bu sayda insanın saxlanıldığını xatırlamır.


Bu yazı

12908 dəfə oxunub

Tarix

2019-04-23 18:19:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev