Media nümayəndələri pilotlarla görüşəcək



Federasiyası (FIA) Formula 1 Azərbaycan Qran-Prisi günlərində rəsmi mətbuat konfransları iştirakçılarının tərkibini elan edib.
Cümə axşamı "Hilton” otelindəki mətbuat mərkəzində beş pilot – Antonio Covinatsi ("Alfa Romeo”), Kevin Maqnussen ("Haas”) , Lens Stroll ("Racing Point”), Nİko Hülkenberq və Corc Rassel ("Williams”) jurnalistlərin suallarını cavablandıracaqlar.
Cümə günü keçiriləcək mətbuat konfransında isə Toto Volff ("Mercedes”), Kristian Xorner ("Red Bull Racing”), Otmar Safnauer ("Racing Point”), Siril Abitebul ("Renault”) və Kler Uilyams ("Williams”) iştirak edəcəklər.
Şənbə və bazar günləri keçiriləcək mətbuat konfransları isə günün yekunları üzrə ən yaxşı üçlüyə həsr olunacaq.



Bu yazı

4509 dəfə oxunub

Tarix

2019-04-25 14:49:01

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev