Azarkeşlər faşist banneri açdı


"Latsio”nun fanatları yenə də qalmaqala səbəb olublar. 
İtaliya kubokunun yarımfinalında "Milan”la keçirilən qarşılaşmada "Latsio” azarkeşləri faşist lider Mussolinin şərəfinə banner açıblar. 
Azarkeşlərin, önündə faşist salamı verdikləri bannerdə belə yazılıb: "Yaşasın Benito Mussolini”. 
Fanatlar oyun zamanı da sakit dayanmayıblar. Onlar "Milan”ın futbolçuları Temue Bakayoka və Franka Kessinin ünvanına irqçi ifadələr səsləndiriblər. 
"Latsio” 1:0 hesabı ilə qalib gələrək finala adlayıb.



Bu yazı

9027 dəfə oxunub

Tarix

2019-04-25 17:27:28

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev