Formula 1: sərbəst yürüş dayandırıldı


Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü ləğv olunub.Buna səbəb "Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolidin Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı kanalizasiya qapağına toxunması və bunun nəticəsində qəza baş verməsi olub.
C.Rasselin boldi transdan evakuasiya edilib və hadisə yerinə mütəxəsislər cəlb olunub.
Mütəxəsislər digər kanalizasiya qapaqlarını da yoxlamağı qərara alıblar.
FIA elan edib ki, yürüş davam etdirilməyəcək, çünki Formula 2 üzrə təsnifat turunun başlamasına qədər bütün kanalizasiya qapaqları yoxlanılmalıdır.




Bu yazı

12686 dəfə oxunub

Tarix

2019-04-26 15:00:39

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev