Zidan 5 futbolçunu heyətdən uzaqlaşdırır


İspaniyanın "Real” futbol klubunun baş məşqçisi Zinədin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir. 46 yaşlı fransalı mütəxəssisin komandada görmək istəmədiyi beş oyunçu var. Bunlar Qaret Beyl, Markos Lorente, Daniel Sebalyos, Serxio Reqilon və Mariano Diasdır. Zinəddin Zidan öz niyyətini yay transfer pəncərəsində həyata keçirmək fikrində olduğunu söyləyib. Qeyd edək ki, Madrid təmsilçisi İspaniya çempionatında 64 xalla 3-cü pillədə qərarlaşıb. "Real” klubu lider "Barselona”dan 16 xal geridədir.



Bu yazı

7843 dəfə oxunub

Tarix

2019-04-26 17:03:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev