Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb


 Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku turniri keçirilir. 
Turnirin ilk günündə fərdi və qrup hərəkətləri proqramı üzrə çoxnövçülük yarışları keçirilib. Fərdi gimnastlar halqa və topla, komandalar isə beş topla hərəkətlərdə çıxış ediblər.
Azərbaycanı dünya kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil ediblər.
Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb. Hakimlər təmsilçimizin topla yarışlarda çıxışını 18.250 xalla qiymətləndiriblər. Lakin bu nəticə gimnastımızın topla hərəkətlərdə finalda yarışması üçün yetərli olmayıb.
Digər təmsilçimiz Veronika Qüdis halqa ilə hərəkətlərdə 15.650, topla yarışlarda 17.650 xal toplasa da, hər iki alət üzrə finala vəsiqə qazana bilməyib.
Fərdi gimnastların gərgin mübarizəsini qrup hərəkətləri komandaları davam etdiriblər. Beş top ilə yarışlarda komandamızın çıxışını hakimlər 15.750 xalla qiymətləndiriblər. Bu isə ilk səkkizliyə düşməyə kifayət etməyib.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox gimnast mübarizə aparır. Ümumilikdə isə 39 ölkədən 200-dən çox gimnast qalib adı uğrunda yarışır.


Bu yazı

8518 dəfə oxunub

Tarix

2019-04-27 18:57:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev