Formula-1 Azərbaycan Qran Prisinin final yarışları keçirilir


Aprelin 28-də Bakı şəhər halqasında Formula 1 SOCAR Azərbaycan Qran-Prisi start götürüb.
Yarışda 10 komandanı təmsil edən 20 pilot trekdə 51 dövrə vuracaqlar.
Ötən gün keçirilən sıralanma turundan sonra pilotların qrid düzülüşü aşağıdakı kimidir:
1. Valtteri Bottas (Mercedes)
2. Luis Hamilton (Mercedes)
3. Sebastian Fettel (Ferrari)
4. Maks Ferstappen (Red Bull Racing)
5. Serxio Peres (Racing Point)
6. Daniil Kvyat (Toro Rosso)
7. Lando Norris (McLaren)
8. Şarl Lekler (Ferrari)
9. Karlos Sayns (McLaren)
10. Daniel Rikkardo (Renault)
11. Aleksandr Albon (Toro Rosso)
12. Kevin Maqnussen (Haas)
13. Lens Stroll (Racing Point)
14. Romen Qroxan (Haas)
15. Niko Hülkenberq (Renault)
16. Corc Rassell (Williams)
17. Antonio Covinatsi (Alfa Romeo)
18. Robert Kubitsa (Williams)
19. Kimi Raykkonen (Alfa Romeo)
20. Pyer Qasli (Red Bull Racing)
Qeyd edək ki, builki dünya çempionatında indiyədək keçirilmiş üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla "Mercedes”in pilotu Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. "Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, "Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.
Konstruktorların yarışında isə "Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan "Ferrari” komandasının 73, üçüncü pillədəki "Red Bull Racing Honda”nın 52 xalı var.
Xatırladaq ki, Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – Formula 1 Avropa Qran-Prisində "Mercedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi "Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Ötənilki Qran-Pridə isə "Mercedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanıb.



Bu yazı

13545 dəfə oxunub

Tarix

2019-04-28 17:22:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev