Lənkəran mərhələsinə yekun vurulub



Azərbaycanın bütün bölgələrini əhatə edən ağırlıqqaldırma üzrə respublika yarışlarının ikinci seçmə mərhələsi başa çatmaq üzrədir.
Yarışlar Xırdalan, Lənkəran, Samux, Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı, Cəlilabad, Neftçala, Lerik, Astara və Bakıda keçirilib.
Şəxsi xarakter daşıyan yarışda texniki cəhətdən hazırlıqlı, 12 yaşadək idmançılar buraxılıb. Mərhələ yarışlarında 2001-2007-ci il və daha böyük təvəllüdlü oğlanlar və qızlar müvafiq yaş qruplarında mübarizə aparıblar. Qaliblər "Sinkleyr” cədvəli üzrə müəyyən edilib.
Yarışın məqsədi regionlarda atletlərin hazırlıq səviyyəsinin yoxlanılması, ehtiyat idmançıların müəyyənləşdirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.




Bu yazı

15177 dəfə oxunub

Tarix

2019-04-29 14:50:49

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev