Nazim Həsənov Azərbaycan çempionudur - VIDEO



Aprelin 27-dən 29-dək "Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kikboksinq üzrə 25-ci respublika çempionatı keçirilib. Çoxsaylı idmançının iştirak etdiyi turnir gərgin və maraqlı və idman mübarizələri ilə yadda qalıb. Turnirdə daha çox diqqət cəlb edən görüşlərdən biri isə 69+ kq çəki dərəcəsində 14 yaşlı idmançılar arasında olub. Çünki final qarşılaşmasında Nazim Həsənovun rəqibi özündən çox cüssəli, hündür və böyük idi. Digər tərəfdən isə Nazimin bir gün əvvəl qalib gəldiyi yarımfinal görüşündən dərhal sonra finalda qarşılaşacağı rəqibinə göndərdiyi ismarış finalın son dərəcə gərgin və maraqlı keçəcəyindən xəbər verirdi. Çünki yeniyetmə idmançı bəyan etmişdi ki, rəqibin kimliyindən, təcrübəsindən və gücündən asılı olmayaraq, ona da qalib gəlib Azərbaycan çempionu olacağam. Final döyüşü gözlənildiyi kimi, son dərəcə gərgin və qarşılıqlı mübarizə şəraitində keçib. Göründüyü kimi, rəqib idmançının Nazimdən böyük olmasına baxmayaraq, o, son ana qədər verdiyi sözün üstündə duraraq, peşəkarlığı və bacarığı sayəsində Azərbaycan çempionu adını qazanıb.
Nazim Həsənova kuboku və diplomu Azərbaycan Kikboksinq Federasiyasının sədri, Milli Məclisin deputatı Adil Əliyev təqdim edib.
Xatırladaq ki, İdrak liseyinin şagirdi olan Nazim Həsənov "Naxçıvan” idman klubunun yetirməsidir.




Bu yazı

15794 dəfə oxunub

Tarix

2019-04-30 10:05:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev