Qrossmeysterimiz Almaniyada bürünc medal qazandı


Almaniyada keçirilən "GRENKE Chess Classic 2019" superturniri başa çatıb. Azərbaycan şahmatçısı Arkadi Naydiç doqquzuncu turda almaniyalı Qeorq Mayerə qalib gəlib və 5 xalla turnirdə üçüncü yeri tutub.
Norveçli dünya çempionu Maqnus Karlsen 7,5 xalla "GRENKE Chess Classic 2019"un qalibi olub. İkinci yeri 6 xalla amerikalı Fabiano Karuana tutub. Digər şahmatçılar - fransalı Maksim Vaşe-Laqrav 5, hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, rusiyalı Pyotr Svidler, ermənistanlı Levon Aronyan 4,5, ispaniyalı Fransisko Valexo 4, almaniyalı təmsilçilər Qeorq Mayer və Vinsent Keymer 2 xalla turniri başa vurublar.




Bu yazı

9889 dəfə oxunub

Tarix

2019-04-30 16:58:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev