Tünzalə Ağayeva II Avropa Oyunlarının ulduz səfiri seçilib


Belarusda keçiriləcək II Avropa Oyunları idman yarışının ulduz səfiri Əməkdar artist Tünzalə Ağayeva seçilib.
Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya II Avropa Oyunlarının ulduz səfiri sertifikatı təqdim edilib.
Sertifikatı Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç təqdim edib.
Səfir Belarusun II Avropa Oyunlarına çox fəal şəkildə hazırlaşdığını bildirib.
"Azərbaycan I Avropa Oyunlarını çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır”, - deyə Gennadiy Axramoviç qeyd edib.
Qeyd edək ki, Belarusun xalq artistləri Askold və Edqard Zapaşniy, Belarus Respublikasının BMT Uşaq Fondu (UNICEF) nümayəndəsi Dr. Raşed Mustafa Sarvar, Ukraynanın məşhur müğənnisi Ani Lorak və fiqurlu konki sürmə üzrə Rusiya çempionu Aleksey Yaqudin "II Avropa Oyunları”nın ulduz səfiri seçilib.


Bu yazı

8238 dəfə oxunub

Tarix

2019-05-01 13:19:43

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev