Minsk-2019-un “Sülh məşəli” estafeti start götürüb


Romada ikinci Avropa Oyunlarının "Sülh məşəli” estafeti start götürüb.
Mərasim yaşı iki min ildən çox olan qədim "Ara Pacis Museum” kompleksində baş tutub.
Məşəlin alovlandırılması mərasimindən əvvəl mətbuat konfransı keçirilib. Tədbirdə iştirak edən ikinci Avropa Oyunlarının təşkilatı fondunun rəhbəri Georgi Katulin, Belarusun idman və turizm naziri Sergey Kovalçuk, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Janez Koçijançiç, AOK-un Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.
Yeddi min kilometrdən çox yol qət edəcək məşəlin ilk daşıyıcısı Olimpiya çempionu Yuliya Nesterenko olub. Daha sonra məşəl Belarus alpinistləri tərəfindən Avropanın ən yüksək nöqtəsinə - Alp dağlarındakı Monblan zirvəsinə qaldırılacaq.
Paslanmayan poladdan düzəldilən Olimpiya məşəlinin çəkisi 1,7 kiloqram olub. Təşkilatçılar bildiriblər ki, bu çəkini uzun məsafəyə əldə daşımaq çətin olduğundan onu velosiped, yaxud əlil arabasına bərkitmək nəzərdə tutulur. Məşəl dünya standartlarına uyğun olaraq 15 dəqiqə ərzində yanır ki, bu da estafeti əvəz edənlərə lazımi məsafəni qət etməyə imkan verir. Olimpiya məşəli Avropanın 8 ölkəsindən keçərək 50 gündən sonra - iyunun 21-də Minskin "Dinamo” stadionunda keçiriləcək təntənəli mərasimdə alovlandırılacaq.



Bu yazı

9088 dəfə oxunub

Tarix

2019-05-04 13:49:55

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev