Ölkə çempionatına start verilib


Mayın 4-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində kunq-fu üzrə XXVII Azərbaycan çempionatına start verilib. Çempionat Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Yarışda 30 klubdan 500-dən artıq idmançı birincilik uğrunda mübarizə aparır. Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışın baş hakimi Babək Əliyev, baş katibi isə Rəcəb Məmmədovdur.
İki gün davam edəcək yarışa ölkəmizin ən güclü idmançıları qatılıblar.



Bu yazı

9291 dəfə oxunub

Tarix

2019-05-04 14:46:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev