Mina Abbasova 33-cü medalını qazandı



Macarıstanın Harkani şəhərində XVI ənənəvi "Pecs” kuboku uğrunda gimnastika turniri keçirilib.
17 ölkədən 395 gimnastın iştirak etdiyi yarışda Azərbaycanı səkkiz yaşlı həmyerlimiz Mina Abbasova təmsil edib. Turnirdə inamla çıxış edən Mina Abbasova üçüncü yerə layiq görülüb.
Sayca 33-cü medalını (11 qızıl, 19 gümüş, 3 bürünc) qazanan Mina Abbasova müxtəlif yarışların ən yüksək mükafatlarına layiq görülüb. O, beş yaşından etibarən Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Maçkusun rəhbərlik etdiyi "Rus Rg Sport” klubunun üzvüdür. Həmyerlimiz iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi "Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.
Balaca gimnastımızın ən böyük arzusu doğma Azərbaycanı dünya çempionatlarında və Olimpiya Oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.



Bu yazı

4470 dəfə oxunub

Tarix

2019-05-06 10:03:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev