Aerobika üzrə dünya çempionatı da Bakıda keçiriləcək



Bakı 2020-ci ildə aerobika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin Sankt-Peterburqda keçirilmiş növbəti iclasında qəbul olunub. Tədbirdə qurumun üzvü, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov da iştirak edib.
Bu idman növünün ölkəmizdə populyarlaşmasında mühüm rol oynayacaq çempionat gələn il mayın 14-16-da keçiriləcək. Çempionatdan əvvəl mayın 8-10-da Dünya Yaş Qrupu Yarışları da paytaxtımızda baş tutacaq.
Son illər ölkəmiz gimnastika üzrə irimiqyaslı yarışlar keçirərək, dünya kubokları və Avropa çempionatlarını uğurla təşkil edib. Sevindirici haldır ki, Azərbaycanda gənc gimnastika növü sayılan aerobika üzrə belə əhəmiyyətli yarışın təşkili də məhz Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub.
Xatırladaq ki, beynəlxalq yarışlarla zəngin təqvim planında 2019-cu il sentyabrın 16-22-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı da yer alır. Paytaxtımızda baş tutacaq daha bir dünya birinciliyi isə 2021-ci il noyabrın 11-14-də batut gimnastikası üzrə olacaq.



Bu yazı

9828 dəfə oxunub

Tarix

2019-05-06 11:19:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev