«MƏNİM ÜÇÜN HEYDƏR ƏLİYEV HƏMİŞƏ ETALON OLUB»




XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki bu gün onun Heydər Əliyev kimi bir dühası, müdrik rəhbəri olmuşdur. Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və artıq öz sağlığında tarixə dönmüş bir şəxsiyyət idi. Fəxr edirik ki, 34 illik çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış bu böyük şəxsiyyət bizim ümummilli liderimiz, rəhbərimiz, Prezidentimiz olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərliyi həqiqətən onun çox zəngin bir fenomen olduğunu təsdiq edir, onun möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi.
Azərbaycanda bədən tərbiyəsi və idman daha böyük inkişafa çatıbdır. Son illərdə respublikamızın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, bir sıra mədəni-kütləvi tədbirlərin geniş miqyas almasına şərait yaratmış, yeni-yeni yollar açmışdır.
Keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını yalnız məyusluq mənbəyi adlandırmaq ədalətsizlik olardı. Xüsusilə 70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq imicinin formalaşması prosesini iflic etsə də kütləvi bədən tərbiyəsi sahəsində müəyyən irəliləyişlər şəksizdir.Bu heç də böyük əzmi, iradəsi, fitri istedadı ilə bütün baryerləri aşaraq, dünya idmanı tarixinə parlaq səhifələr yazan idmançılarımızın uğurlarının əhəmiyyətini azaltmır. Ötən onilliklərdə dövlətimiz bu sahəyə vəsait yönəltmişdir. Hər rayonun, şəhərin qəsəbənin, kəndin, məhəllənin, məktəbin, müəssisənin, idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır. Belə ki, statistik məlumatlara əsasən, hazırda respublikada 670-dən yuxarı idman qurğusu və bədən tərbiyəsi sağlamlıq mərkəzi fəaliyyət göstərir.
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illərdə özünü bütün sahələrdə göstərən böhran səbəbindən idman siyasəti də tamamilə diqqətdən kənarda qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi altında XX əsrdə bədən tərbiyəsi və idman sahəsində çox böyük işlər görülmüş, yüksək idman naliyyətləri qazanılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir.

Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi və hamı onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilirdi. Heydər Əliyev xalqını sevən, olduqca sadə bir insan idi. Mənim üçün Heydər Əliyev həmişə etalon olub. Yalnız siyasi fəaliyyət etalonu yox, şəxsi davranış etalonu olubdur. Böyük şərəf duyuram ki, bir alim kimi bu nəhəng və qüdrətli tarixi şəxsiyyətləmən dəfələrlə görüşüb, ona kitablar təqdim etmişəm. Mən, Ulu öndər Heydər Əliyevlə sonuncu görüşümü belə xatırlayıram:29 dekabr 2001-ci ildə Maştağa qəsəbəsində Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə «Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı» kitabımı təqdim edəndə, Ulu öndər mənə dedi ki,bu işı davam etdirərsən. Mən həmin işi 21 ildən sonra (2017-ci il noyabr ayının 7-də) tam başa vurdum. Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində bu sahədə ilk dəfə olaraq «Azərbaycan Respublikasinda müstəqillik dövründə bədən tərbiyəsi və idmanin inkişaf istiqamətləri (1991-2015-ci illər)”mövzusunda doktorluq dissertasiyasınımüdafiə etdim.
Ulu öndər Heydər Əliyev haqqında bədən tərbiyəsi və idman sahəsində 3monoqrafya,bir foto albom, dörd kitab və50-ə yaxın elmi məqalə (7-i xarıcı ölkələrdə), Azərbaycan idman tarixi haqqında Heydər Əliyev mərhələləri (1969-1982; 1993-2003)və başqa elmi məqalələr və kitablar yazmışam.
Buna görə də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, qətiyyətli Prezident cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çünki xalqımızın Ümummilli lideri Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələr kimi idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir.Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması vəOlimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox fərəhləndirici haldır ki, bu gün idmana dövlət səviyyəsində qayğı və diqqət göstərilir.
Bütün hallarda Ümummillli liderimiz Heydər Əliyev təkcə siyasətçi kimi deyil, həm də qorxmaz, igid adam kimi hərəkət etmişdir. Bununla da gənc nəslə həmişə nümunə olmuşdur. Türk dünyasının dahi öndərliyi işinin davamçısı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat fəaliyyəti xalqımız üçün çox zəngin tərbiyə məktəbidir. Bu məktəbdən hər zaman öyrənmək hər bir gəncin müqəddəs vəzifəsidir. Heydər Əliyev hər birimiz üçün ölməz insandır. O, öz əməlləri, yaratdıqları, qoyub getdikləri ilə hər birimizin qəlbində yaşayacaq. Hər birimizin borcudur ki, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq.







Bu yazı

7537 dəfə oxunub

Tarix

2019-05-08 10:11:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev