Bakı may ayında gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək


Mayda Bakı ilk dəfə gimnastikanın 2 növü üzrə birgə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bu il bədii və aerobika gimnastikası üzrə qitə birinciliklərinin təşkili məhz Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.
Mayın 16-da Bakıda 4-cü dəfə (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək.
Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start veriləcək. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar.
XXXV Avropa çempionatının üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.
Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.


Bu yazı

10065 dəfə oxunub

Tarix

2019-05-08 11:48:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev