Formula 1: baş direktor dəyişir

"Mercedes”in rəhbəri Toto Volffun komanda ilə müqaviləsi başa çatdıqdan sonra Formula 1 çempionatının baş direktoru postuna gəlməsi mümkündür. Onun hazırkı sazişi 2020-ci ilədək nəzərdə tutulub. Bu baş verəcəyi halda Volff Çeyz Kerini baş direktor postunda əvəzləyəcək. Mənbənin məlumatına görə, qarşıdakı reqlament dəyişiklikləri və büdcənin məhdudlaşdırılması səbəbindən Volff gələcək barədə götür-qoy edir. Belə ki, Toto büdcənin məhdudiyyətdən sonra "Mercedes” komandasının Formula 1-də daha hakim mövqe tutmayacağından ehtiyat edir. Volffun qərarına təsir edən digər amil isə "Mercedes”in rəhbəri Diter Setşenin yaxın vaxtlarda şirkəti tərk edəcəyidir. Setşeni əvəz edəcək Ola Kelleniyusla Volff arasında münasibətlər isə o qədər də ürəkaçan deyil. Kerinin Formula 1-in baş direktoru postunu 2021-ci ildə tərk edəcəyi, lakin "Liberty Media”nın idarə heyətinin sədri kimi qalacağı ehtimal olunur.



Bu yazı

8831 dəfə oxunub

Tarix

2019-05-08 19:42:19

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev