Boksçumuz erməni rəqibini məğlub etdi



Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsi başa çatıb.
10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayevin (+91 kq) ardınca Azərbaycan millisinin daha 2 idmançısı adını yarımfinala yazdırıb.
52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə rusiyalı Bair Batlayevlə qarşılaşıb. Döyüş Azərbaycan təmsilçisinin 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
Rahil Məmmədli (91 kq) də 1/4 finalda çıxışını qalib kimi bitirib. O, ermənistanlı boksçu Henrik Sarkisyana heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).
Beləliklə, hər 3 boksçu yarımfinala vəsiqə əldə etməklə, özləri üçün bürünc medalı da təmin ediblər.
Onlardan fərqli, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.
Qeyd edək ki, yarışda 15 ölkənin yığması mübarizə aparır.



Bu yazı

3844 dəfə oxunub

Tarix

2019-05-10 10:00:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev