Karateçimiz “Super 8” beynəlxalq turnirində iştirak edəcək



Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) "Super 8” Xorvatiya kuboku beynəlxalq turnirinə dəvət alıb.
Turnirdə 8 tanınmış karateçi iştirak edəcək. Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarışda A.Mamayevlə yanaşı, Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaqlar.
Mütləq çəki dərəcəsində təşkil olunacaq turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaqlar.
Yarış mayın 11-də Zaqrebdə keçiriləcək.


Bu yazı

9693 dəfə oxunub

Tarix

2019-05-10 13:12:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev