Cüdoçularımız "Böyük dəbilqə" turnirini 7 medalla başa vurdular



Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq cüdo turniri başa çatıb.
Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə Azərbaycan komandası 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edərək ümumi hesabda üçüncü yeri tutub.
Komandamızın aktivinə qızıl medalı Hidayət Heydərov (73 kq), gümüş medalları Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq), bürünc medalları isə Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) yazdırıblar.
Bu nəticə ilə Azərbaycan Fransa, Almaniya, Hollandiya kimi cüdo ölkələrini qabaqlayıb. Bakı turnirinin qalibi 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Yaponiya yığması olub. Braziliya komandası 2 qızıl, 1 bürünc medalla ikinci yeri tutub.
Qeyd edək ki, yarışda 57 ölkədən 450-yə yaxın cüdoçu mübarizə aparıb. Millimiz turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunub.





Bu yazı

8463 dəfə oxunub

Tarix

2019-05-13 13:13:42

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev