Gənc ağırlıqqaldıranların Azərbaycan birinciliyinə yekun vurulub



Mayın 11-12-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında yaşı 20 və 23-dək olan gənclər arasında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Son yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 67 kiloqrama qədər olan atletlər çıxıblar. Rüstəm Qasımov 253 kiloqram (118+135) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. Kürsünün sonrakı pillələrində müvafiq olaraq 230 kiloqram (100+130) nəticə ilə Nurlan Məmmədzadə və 218 kiloqram (98+120) nəticə ilə Samir Əskərzadə qərarlaşıblar.
Sonra çəkisi 73 kiloqrama qədər olan atletlərin yarışı başlayıb. Ümumilikdə 270 kiloqram (125+145) nəticə ilə Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Gümüş medalı ümumilikdə 261 kiloqram (115+146) nəticə ilə Elməddin Hüseynov, bürünc medalı isə 254 kiloqram (112+142) nəticə ilə Elşad Şərifov qazanıb.
Füqan Əliyev 81 kiloqram çəki dərəcəsində 286 kiloqram (130+156) nəticə ilə rəqiblərini böyük üstünlüklə arxada qoyub və qızıl medala layiq görülüb. Gümüş medal toplam 278 kiloqram (123+155) nəticə qazanan İsmayıl Baxışova, bürünc medal isə toplam 242 kiloqram (107+135) nəticə əldə edən İsa Həsənliyə qismət olub.
Son olaraq Körpücük üzərinə çəkisi 89, 96, 102+ və 109 kiloqrama qədər olan atletlər çıxıblar. Öz çəkilərində müvafiq olaraq toplam 241 kiloqramla (114+127) Yaşar Mamayev, 290 kiloqramla (135+155) Tarmenxan Babayev, 290 kiloqramla (130+160) Əliş Nəzərov və 300 kiloqramla (125+175) İsmayıl Qurbanov qalib adını qazanıblar.
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.



Bu yazı

8830 dəfə oxunub

Tarix

2019-05-13 19:40:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev