Əfsanəvi yürüşçüyə həsr olunan film Kann festivalında təqdim olunacaq


Formula 1 yürüşlərinin sabiq pilotu Mixael Şumaxer haqqında sənədli film bu gün Fransada açılışı keçirilən Kann festivalında təqdim olunacaq.
Əfsanəvi yürüşçüyə həsr olunan yeni filmi Almaniyanın "B/14 Film” şirkəti lentə alıb. Filmin rejissorları Mixael Vek və Hanns-Bruno Kammertonsdur.
Ekran əsərində eksklüziv kadrlar, Şumaxerin ailəsinin üzvləri və digər pilotlarla müsahibələr nümayiş etdiriləcək. Film bu ilin sonlarında baxışa çıxarılacaq.
"Şumaxerin məşhur karyerası filmə layiqdir. Biz çox şadıq ki, bu əsəri əsl peşəkarlar ərsəyə gətiriblər”, - deyə "Variety” Şumaxerin mətbuat katibi Sabina Kemin sözlərindən sitat gətirir.
Xatırladaq ki, Şumaxer 2013-cü ilin dekabrında xizək sürərkən başından aldığı zədədən sonra müalicə olunur. Həmin vaxtdan almaniyalı yürüşçü ictimaiyyət qarşısına çıxmayıb.


Bu yazı

14516 dəfə oxunub

Tarix

2019-05-15 14:28:53

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev